Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

16:23 - 27 Oktyabr 2022

28-30 oktyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Sportal.az xəbər verir ki, 40 ölkədən 302 idmançının qatılacağı çempionatda Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

İdmançılarımız 28-29 oktyabrda çempionatın fərdi yarışlarında, 30 oktyabrda isə komanda yarışlarında iştirak edəcək.

ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər

-60 kq.

Nazir Talıbov
Kənan İsmayılov

-66 kq.
Ruslan Paşayev

-73 kq.
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev

-81 kq.
Məhərrəm İmamverdiyev

-90 kq.
İsmayıl Zamanov

-100 kq.
Ruslan Nəsirli

Qadınlar

-48 kq.

Rəmilə Əliyeva
Könül Əliyeva

-52 kq.
Aydan Vəliyeva

-63 kq.
Aytac Qardaşxanlı

-70 kq.
Sudabə Ağayeva

-78 kq.
Nərmin Əmirli 

Xəbər xətti