Klub prezidenti: "Saviç satılmır, ona yeni təklif irəli sürmüşəm"

16:52 - 27 Oktyabr 2022

"Latsio"nun prezidenti Klaudio Lotito komandanın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin satılmayacağını bildirib.

Sportal.az "Il Messaggero" portalına istinadən xəbər verir ki, klub prezidenti Avropanın bir çox klubunun transfer siyahısında yer alan serbiyalı ilə müqavilə müddətinin artırılacağını söyləyib:

"Milinkoviç-Saviç satılmır. Ona müqavilə müddətini artırmaq üçün yeni təklif irəli sürmüşəm. Onun qiyməti 120 milyon avrodu. Hər ay da bu qiymət yüksəlir".

27 yaşlı futbolçu 2015-ci ildə “Genk”dən “Latsio”ya keçib.

Saviçin "Latsio" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

 

Xəbər xətti