Azərbaycan təmsilçisi Gürcüstan və Qazaxıstanla eyni qrupda

19:17 - 27 Oktyabr 2022

Gürcüstanda ötənlərin tanınmış şərhçisi Qota Maxaradzenin adını daşıyan idman jurnalistləri arasında turnirin püşkatması keçirilib. 

 

Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı Gürcüstan və Qazaxıstanın iki komandası, habelə, Moldova, Ermənistan və Rumıniyanın jurnalist komandaları iştirak edir. Püşkatmaya əsasən azərbaycanlı jurnalistlər Rumıniya, Gürcüstan, Qazaxıstan-2 komandaları ilə eyni qrupda mübarizə aparacaq.

 

Qeyd edək ki, məlum səbəblərdən Ukrayna yığması turnirdə iştirak edə bilmədiyindən Gürcüstanın ikinci komandası turnirdə Ukrayna adı ilə çıxış edəcəklər.

Xəbər xətti