Konfrans Liqası: Almaniya klubu səfərdə qalib gəldi

18:44 - 28 Oktyabr 2022

Dünən qatı duman səbəbindən təxirə salınmış Konfrans Liqasının  "Slovaçko" - "Köln" görüşünün davamı bu gün keçirilib.

Sportal.az xəbər verir ki, görüş Almaniya klubunun qələbəsi ilə yekunlaşıb.

"Slovaçko" (Çexiya) - "Köln" (Almaniya) 0:1
Qol
: Duda, (82)

Qeydə alınan nəticədən sonra aktivindəki xalların sayını 7-yə yüksəldən "Köln" üçüncü pillədəki yerini qoruyub. Hazırda qrupa 8 xalla "Nitsa"sı başçılıq edir. "Partizan" isə eyni xala malik olsa da, liderdi. 

Xəbər xətti