Avropa Liqası: Beşinci turun ən yaxşısı seçildi

19:02 - 28 Oktyabr 2022

Avropa Liqasının 5-ci turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az AL-in rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, “Renn”in hücumçusu Amin Quiri həftənin oyunçusu seçilib.

22 yaşlı futbolçu “Fənərbaxça” ilə görüşdə (3:3) dubl edib, bir qolun da ötürməsini verib.

Həftənin oyunçusu olmaq adına digər namizədlər isə Lük de Yonq (PSV), Robert Navarro (“Real Sosyedad”) və Omri Altman (AEK, Larnaka) idi.

Xəbər xətti