Braziliyalı müdafiəçi "Barselona"nın gənclər komandasında

13:04 - 29 Oktyabr 2022

Braziliyalı müdafiəçi Dani Alveş "Barselona"nın gənclər komandası ilə məşqlərə başlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu gələn ay Qətərdə təşkil ediləcək dünya çempionatı üçün Braziliya yığmasının heyətində yer alacağına ümid edir.

Son olaraq UNAM-da çıxış etmiş Alveş formadan düşməmək üçün "Barselona"nın gənclər komandasında məşq edir.

Meksika liqasında mövsüm oktyabrın 1-də başa çatıb. 

Xəbər xətti