"Cəsarətli oynayırlar, titula da iddialıdılar"

15:34 - 29 Oktyabr 2022

"Mançester Siti"nin baş məşqçisi “Nyukasl” haqda danışıb.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 12 turdan sonra turnir cədvəlində 4-cü pillədə qərarlaşan komanda haqda xoş fikirlər səsləndirib:

“Nyukasl” artıq turnir cədvəlində bizə yaxınlaşır. Onların “Tottenhem”ə(2:1) qarşı keçirdiyi oyununu gördüm. Mərkəz müdafiəçiləri təkbətək mübarizələrdə Harri Keyn və Son Minə uduzmurdu. “Nyukasl”la (3:3) üçüncü turda qarşılaşmışdıq. Bu komanda həftədə bir dəfə oynayır. Eddi Hounun yaxşı məşqçi olduğunu bilirik. Yeni oyunçuları var. Cəsarətli oynayırlar, titula da iddialıdılar".

Xəbər xətti