"İnter" 3 milyon qazandı

18:39 - 29 Oktyabr 2022

"İnter" Kristian Eriksenin AÇ-2020-də ürəktutmasına görə UEFA-dan maddi təzminat alıb.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, qurum "nerazzura"ya 3 milyon avro ödəyib. Həmin vaxt “İnter”də çıxış edən Eriksenin UEFA-nın himayəsində olan matçda ürəyi dayandığı üçün Avropa futbol qurumu bu məbləği ödəmək məcburiyyətində olub. 

Eriksen hazırda "Mançester Yunayted"də çıxış edir. Danimarka millisinin üzvünə defibrilator quraşdırılıb.

Xəbər xətti