Gəncənin icra başçısından "Kəpəz"ə dəstək

21:24 - 29 Oktyabr 2022

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz" - "Səbail" oyununu tribunadan izləyənlər arasında olub.

 

Sportal.az xəbər verir ki, 90 dəqiqə "Kəpəz"ə dəstək verən icra başçısı matçdan sonra "sarı-göylər"in soyunub-geyinmə otağına gələrək futbolçuları və məşqçiləri təbrik edib, qarşıdakı matçlarda onlara uğurlar arzulayıb. O, "Kəpəz"ə ev oyunlarında daim stadiondan azarkeşlik edəcəyini bildirib.

 

"Kəpəz" Premyer Liqanın XII turunda "Səbail"i 3:0 hesabıyla məğlub edib. 

Xəbər xətti