Renat oynadı, komandası məğlub oldu

14:09 - 30 Oktyabr 2022

Futbol üzrə İsveçrə Super Liqasında 14-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun fornasını geyindiyi "Qrasshopper" öz meydanında "Lütsern"lə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Renat da bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə oyuna daxil olan hücumçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.


Mövsümdə 5-ci məğlubiyyətini alan “Qrasshopper” 14 turdan sonra 17 xalla 7-ci sıradadır.

Xəbər xətti