Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Nottingem Forest"də çıxış edən Loik Mbe Sohdur. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
"Sarı-lacivərtlilər" 21 yaşlı mərkəz müdafiəçisi üçün qışda onun klubu ilə danışıq aparacaq. Fransalı oyunçu özü də "Fənərbaxça"da oynamağa isti yanaşır.
Qeyd edək ki, Loik Mbe Soh PSJ-nin yetirməsidir. O, 2020-ci ilin yayından "Nonningem Forest"də çıxış edir. Gənc futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
