Yunanıstan Super Liqasında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup ərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" doğma meydanda "Lamia"nı qəbul edib. Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 20-yə yüksəldən "Olimpiakos" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u səfərdə 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən görüş isə qolsuz bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi
