Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək

11:44 - 31 Oktyabr 2022

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək. O, ÇL-in qrup mərhələsinin 6-cı turunun “Kopenhagen” – “Borussiya” (Dortmund) matçında ədalətli təmsilçisi olacaq. 

Ona yan xətt hakimləri qismində  Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Bu görüş noyabrın 3-də Danimarkada baş tutacaq. 

 

Xəbər xətti