DÇ-2022: Deşam bu yığmaları favorit hesab edir

16:55 - 31 Oktyabr 2022

Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatı öncəsi müsahibə verib.

 

Sportal.az xəbər verir ki, son dünya çempionunu çalışdıran 54 yaşlı mütəxəssis Qətərdə baş tutacaq mundialda favorit hesab etdiyi yığmaları açıqlayıb:

 

"Biz son dünya çempionuyuq. Zirvədə olarkən daha yaxşısını etmək çətindir. Fransa Avropanın və dünyanın ən yaxşı komandaları arasında yer alır. Çempion olmaq şansı olan 7-8 komanda var. Cənubi Amerikadan Braziliya və Argentinanı favorit hesab edirəm. Daha sonra İngiltərə, Belçika, İspaniya, Almaniya və Xorvatiya kimi 5-6 Avropa ölkəsi var. Bu komandalar keyfiyyətə və təcrübəyə malikdirlər. Son turnirlərdə rəqabətcil olduqlarını sübut ediblər".

 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində baş tutacaq. Fransa millisi D qrupunda Danimarka, Avstraliya və Tunislə mübarizə aparacaq.

Xəbər xətti