"Barselona"nın kapitanı Jerar Pike İspaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün
55 nəfərlik genişləndirilmiş heyətinə daxil edilib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, yığma komandanın çalışdırıcısı Luis Enrike PSJ-nin müdafiəçisi Serxio Ramosla birlikdə Pikeni də Qətərə aparmaq istəyir.
Amma hər iki təcrübəli müdafiəçi ilə yanaşı Emerik Laport ("Mançester Siti"), İniqo Martinez ("Atletik" Bilbao), Pau Torres ("Vilyarreal"), Dieqo Llorente ("Lids") mundiala yollanmağa iddialıdı.
