"Napoli"yə hörmət etdiyim üçün "Yuventus"a keçə bilməzdim"

11:49 - 1 Noyabr 2022

"Çelsi"nin müdafiəçisi Kalidu Kulibali “Yuventus”dan təklif alsa da, bu komandaya keçməyib. 

Sportal.az “CorSera”ya istinadən xəbər verir ki, seneqallı futbolçu sabiq komandası "Napoli"yə hörmət nümayiş etdirərək Turin klubunun təklifini geri çevirdiyini açıqlayıb:

"İtaliyanın bəzi klublarından təkliflərim var idi. Massimiliano Alleqri məni komandasında görmək istəyirdi? Bəli, istəyirdi, amma mən “Napoli”yə hörmət etdiyim üçün "Yuventus"a keçə bilməzdim".

​31 yaşlı müdafiəçi “Metz”, “Genk”də oynadıqdan sonra 2014-cü ildə “Napoli”yə keçmişdi. Səkkiz bu klubda oynamış afrikalı bu yay “Çelsi”yə transfer olmuşdu.

Xəbər xətti