"Barselona"nın forvardı Robert Levandovski Çempionlar Liqasının bugünkü matçına çıxmayacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı futbolçu qrup mərhələsinin 6-cı turunun "Viktoriya" ilə oyununda iştirak edə bilməyəcək.
Buna səbəb isə təcrübəli hücumçunun belindəki problemdi. Xavi növbəti görüşləri nəzərə alaraq, Levandovskiyə istirahət verməyi məqsədəuyğun sayıb.
