Millimizə qarşı oynayacaq futbolçu "Liverpul"a keçir

12:41 - 1 Noyabr 2022

 “Liverpul” “Leypsiq”in yarımmüdafiəçisi Konrad Laymerlə maraqlanır.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Merisayd klubu transferi qışda həyata keçirmək niyyətindədi.

Yarımmüdafiəçi yanvarda zədədən sonra meydana qayıtmalıdır. Laymerin “Leypsiq”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

O, Almaniya təmsilçisi ilə müqaviləsini yeniləməkdən imtina edib. 25 yaşlı futbolçu “Lieferinq”, “Zalsburq”da oynadıqdan sonra 2017-ci ildə “Leypziq”ə keçib. Futbolçu 2019-cu ildən Avstriya millisinin üzvüdü. 

Xatırladaq ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridir.

Xəbər xətti