PSJ-nin aparıcı futbolçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirməyə yaxındı.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, argentinalının xidmətində MLS liqasında mübarizə aparan "İnter Mayami" maraqlıdı.
35 yaşlı yarımmüdafiəçinin atası artıq Mayami təmsilçisi ilə danışıq aparır.
Bu arada PSJ 2023-cü ilin yayında müqaviləsi başa çatacaq Messi ilə müqavilə müddətini artırmaq üçün ona yeni təklif göndərib.
Ancaq ehtimal edilir ki, Messi "İnter Mayami"də çıxış edəcək.
Adıçəkilən klubun sahibi İngiltərə millisinin veteran kapitanı Devid Bekhemdir.
