Noyabrın 4-6 tarixlərində Bakıda keçiriləcək Böyük Dəbilqə turnirində -90 kq. və +100 kq. çəki dərəcələrində çıxış etməli olan cüdoçularımız Vüqar Talıbov və Uşanqi Kokauri zədəli olduqları üçün, milli yığmanın baş həkminin təqdimatı, performans direktor və məşqçilər heyətinin qərarı ilə milli yığmanın heyətindən çıxarılıblar.
Sportal.az xəbər verir ki, Vüqar Talıbovun və Uşanqi Kokaurinin müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Onları 15 oktyabrda keçirilmiş Böyük Dəbilqə turnirinə seçim xarakterli turnirdə -90 kq. çəki dərəcəsində ikinci olmuş Nihad Şıxəlizadə və +100 kq. çəki dərəcəsində üçüncü olmuş İbrahimxəlil Ömərov əvəz edəcəklər.
