Daha bir azərbaycanlı hakimə beynəlxalq təyinat

14:22 - 1 Noyabr 2022

Azərbaycanll FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məsiyev UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Hapoel Beer-Sheva” (İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin  “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununu idarə edəcək. 

Xəbər xətti