Portuqaliyalı "Mançester Siti"də qalmaq istəyir

14:54 - 1 Noyabr 2022

"Mançester Siti"nin portuqaliyalı futbolçusu Joao Kanselo komandanı tərk etmək istəmir.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müdafiəçi uzun müddət "şəhərlilər"in futbolçusu olmaq niyyətindədi.

28 yaşlı futbolçu 2019-cu ilin yayında "Yuventus"dan “Mançester Siti”yə keçmişdi.

O, bu mövsüm 18 oyunda 2 qol vurub, 5 asisst edib.

Portuqaliya millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatacaq. 

Xəbər xətti