Rusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə TACC agentliyi məlumat yayıb. İlkin ehtimallara görə, 33 yaşlı idmançının ölümünə səbəb qida zəhərlənməsi olub. Məşqçisi Maqomed Kamilovun dediyinə görə, o, qarpızdan zəhərlənib.
Aleksandr Pisarev MMA-da keçirdiyi 5 döyüşün 3-də qələbə qazanıb. O, son döyüşünə 2020-ci ilin fevralında çıxıb.
saytlarin hazirlanmasi
