Türkiyənin "Çorum" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə II liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında razılıq verilib.
"Çorum" çempionatda 11 turdan sonra 17 xalla 19 komanda arasında 9-cu sıradadır.
Qeyd edək ki, "Çorum"da Azərbaycanın U-21 millisinin üzvü Mustafa Yıldırım forma geyinir.