"Bavariya"dan uğurlu göstərici

10:04 - 2 Noyabr 2022

"Bavariya" bu mövsüm Çempionlar Liqasında uğurlu göstəricisi ilə diqqət çəkib.

Sportal.az xəbər verir ki, Yulian Naqelsmannın rəhbərlik etdiyi kollektiv qrupdakı altı oyunun hamısında qələbə qazanmağı bacarıb.

Almaniya təmsilçisi bu mövsüm belə göstəriciyə imza atan yeganə klubdu. Bu gün keçiriləcək qrup mərhələlərindəki nəticələr isə "Bavariya"nın uğurlu nəticəsinə təsir etməyəcək. 

Qeyd edək ki, Münhen klubu C qrupunda "Barselona", "Viktoriya" və "İnter"lə mübarizə aparırdı. 

Xəbər xətti