"Sumqayıt"ın legionerlərindən bəd xəbər

10:16 - 2 Noyabr 2022

Premyer Liqada uğursuz dönəm yaşayan “Sumqayıt” üçün daha bir bəd xəbər legionerindən gəlib.

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yayda heyətə cəlb edilən futbolçularını itirib.

Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”la görüşdə zədələnən Alya Turenin iki aya yaxın yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

“Kimyaçılar”ın digər legioneri Filipe Çabi də bir aylıq sıradan çıxıb. Hər iki futbolçunun qışa qədər komandaya kömək etməsi sual altındadı.

Xəbər xətti