"Qarabağ"a qarşı oynamaq pis olmazdı"

10:55 - 2 Noyabr 2022

Almaniyanın “Frayburq” klubunun macarıstanlı futbolçusu Roland Şallai Avropa Liqasının G qrupunun 6-cı turunun “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyunu barədə danışıb.

Sportal.az “Kicker”ə danışan yarımmüdafiəçi Ağdam təmsilçisi ilə matçda meydanda olmaq istədiyini bildirib. Üzündəki ciddi zədə üzündən bütün oyunları buraxan Şalli ən azından Bakıdakı görüşdə bir neçə dəqiqə də olsa, oynamaq fikrindədi:

“Qarabağ”a qarşı oynamaq pis olmazdı. Artıq bu barədə baş məşqçi ilə danışmışam. Ümid edirəm ki, heyətdə yer alacam və ən azından 10-15 dəqiqə oynaya biləcəm”.

Xəbər xətti