"Çelsi" portuqaliyalı müdafiəçini transfer etməyə hazırlaşır

11:12 - 2 Noyabr 2022

"Çelsi" Ris Ceymsə əvəzləyici tapıb.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, London təmsilçisi Nelson Semedunu transfer etmək niyyətindədi.

"Zadəganlar" "Vulverhempton"un müdafiəçisinin transferi üçün qarşı tərəflə danışıqlara da start verib. 

Danışıqlar müsbət yekunlaşarsa, 28 yaşlı futbolçu bu qış "Çelsi"yə keçə bilər.

“Sintrense” yetirməsi olan Nelson “Benfika”, “Fatima”, “Barselona”da oynadıqdan sonra 2020-ci ildə “Vulverhempton”a keçmişdi. Onun hazırki klubu ilə müqaviləsi 2023-cü ilin iyulun sonunda bitəcək.

 

Xəbər xətti