"Frayburq"un futbolçusu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

12:05 - 2 Noyabr 2022

Almaniyanın "Frayburq" klubunun futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında danışıb. 

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu ölkəmizə səfər edəcəyinə görə sevindiyini bildirib: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm. Matça ciddi yanaşacağıq. Bakıdakı oyunda da qalib gəlmək istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, maksimum gücümüzü ortaya qoyacağıq".

Noyabrın 3-də Tofiq Bəhramov stadionunda oynanılacaq görüş 21:45-də başlanılacaq.

Mirbağırağa

Xəbər xətti