"Qalatasaray"ın legioneri Asiyaya yollana bilər

12:29 - 2 Noyabr 2022

"Qalatasaray"ın futbolçusu Dris Mertensə Yaponiyadan təklif gəlib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu "Vissel Kobe"nin transfer siyahısındadı.

Onun yayda müqavilə imzaladığı "Qalatasaray"dan ayrılması an məsələsidi. 

Yaponiya klubu 35 yaşlı futbolçuya iki illik müqavilə təklif edib. Mertesin İstanbul klubunda özünü xoşbəxt hiss etmədiyi və buna görə də Asiyaya yollanmaq ehtimalının yüksək olduğu ehtimal olunur. 

Dris Mertens “Qalatasaray”da 1+1 illik müqavilə imzalayıb.

O, yeni klubunda 10 oyunda 1 dəfə fərqlənib.

Xəbər xətti