"Qarabağ"ın oyununa görə metronun iş vaxtı uzadılacaq

13:01 - 2 Noyabr 2022

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Frayburq"la qarşılaşmanın gec başa çatacağı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun müraciəti müsbət cavablandırılıb.

Oyun günü noyabrın 3-dən 4-nə keçən gecə  metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Noyabrın 3-də  Tofiq Bəhramov stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü 21:45-də start başlanılacaq. 

Xəbər xətti