"Nəyin bahasına olursa-olsun, "Zirə" ilə matçda qələbə qazanmalıyıq" - MÜSAHİBƏ

13:29 - 2 Noyabr 2022

"Qəbələ"nin braziliyalı hücumçusu Ramon Maçado Sportal.az saytına müsahibə verib. Bölgə klubunun forvardı komandasının bu mövsümkü məqsədlərindən söz açıb.

- Son turda “Sabah”a məğlub oldunuz. Məğlubiyyətə səbəb nə oldu?
- “Sabah” yaxşı komandadı. Yaxşı oyun oynadıq, amma ikinci hissədə iki qol buraxdıq. Məğlub olmağımızın səbəbini bilmirəm. Amma bilirəm ki, çempionatın sonunda yaxşı mövqedə olmalıyıq.

- “Sabah” bu mövsümün ən uğurlu komandalarındandı və hazırda da turnir cədvəlində ikinci pillədədi. Onları çempionatın favoritlərindən hesab edirsən?
- “Sabah” ötən mövsümlə müqayisədə, bu sezon daha yaxşı futbol nümayiş etdirirlər. Amma çempionatda hələ çox oyun var. Onların titulun favoriti olduğunu düşünmürəm.

- “Qəbələ” hazırda dördüncü pillədədi. Mövsüm sonuna qədər bu pillədə qala biləcəksiz?
- Çempionatın bitməsinə hələ çox var. Əlbəttə ki, məqsədimiz mükafatçılar sırasında olmaqdı. İstəyimiz yarışın sonunda avrokuboklara vəsiqə qazanmaqdı.

- Yayda “Neftçi”dən ayrılaraq “Qəbələ”yə keçdin. Başqa təkliflərin var idi?
- Başqa təkliflərim də var idi. Amma mən seçimimi “Qəbələ”dən yana etdim. Onlar komandaya keçməyim üçün çox maraq göstərdilər. “Qəbələ” haqda yaxşı məlumatım var idi. Sonda da bu komandaya keçmək istədim.

- Növbəti turda “Zirə” ilə qarşılacaqsınız. Onları məğlub edə bilsəniz üçüncü pilləyə yüksələcəksiniz....
- Bəli, "Zirə" ilə görüş bizim üçün ən vacib oyundur. Özü də evdə oynayacağıq. Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Çətin keçəcək, amma qələbə üçün mübarizə aparacağıq.

- “Qəbələ”də çoxlu braziliyalı oyunçular var. Bu, sənin adaptasiyan üçün yaxşıdı?
- Əlbəttə ki, bu, yaxşıdı. Çünki biz eyni dildə danışırıq. Meydanda da bir-birimizi daha yaxşı başa düşürük.

- Çempionat ötən mövsüm çətin idi, yoxsa bu sezon?
- Ötən mövsüm “Neftçi”də özümü xoşbəxt hiss edirdim. Ancaq biz mövsümü ikinci mövqedə bitirdik. Bu il isə yenidən “Qarabağ” favoritdir.

Mirbağırağa

Xəbər xətti