"Porto"nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Atletiko"ya qalib gələrək (2:1) qrupda lider olmaqlarını şərh edib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının göstərdiyi nəticəni fantastika adlandırıb:
"Əlbəttə, nəticədən razıyam, amma daha çox qol vura bilərdik. Başa düşürdük ki, Dieqo Simeonenin komandası heç vaxt təslim olmur. Topu itirəndə təmkinli hərəkət etdik. 1/8 finalda qrup qalibləri arasındayıq və bu, fantastikdir. Bu, futbolçuların əməyidi”
