"Qarabağ" - "Frayburq": Dörd sektor üçün biletlər satışa çıxarıldı

14:18 - 2 Noyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” matçı üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri "iticket.az" və kassalardan almaq mümkündü.

30, 31, 37 və 38-ci sektorlara olan biletlər onlayn deyil, yalnız kassalarda satılır.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

"Iticket.az"ın satış məntəqələri ("iticket.az"da onlayn satış);

​"Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərində satılır (11:00-22:00).

Xəbər xətti