Premyer Liqa klubu ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirir

14:53 - 2 Noyabr 2022

"Sevilya"nın baş məşqçi postundan uzaqlaşdırılmış Xulen Lopeteqi İngiltərəyə yollanmağa hazırlaşır.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "Vulverhempton" ispaniyalı mütəxəssisə təklif göndərib.

"Canavarlar" tezliklə Lopeteqi ilə rəsmi müqavilə imzalamaq istəyir.

Bruno Lageni keçən ay vəzifəsindən uzaqlaşdıran İngiltərə klubuna müvəqqəti olaraq Stiv Deyvis rəhbərlik edir.

Xəbər xətti