"Yuventus" türk hücumçunu transfer etmək istəyir

18:45 - 2 Noyabr 2022

"Yuventus" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İtaliya klubunun əsas transfer hədəfi "Xetafe"də çıxış edən Enes Ünaldır. İspaniya mətbuatının yazdığına görə, Turin təmsilçisi mövsümün sonunda La Liqa klubuna rəsmi təklif göndərəcək.

 

"Xetafe"nin türkiyəli forvard üçün 30 milyon avro tələb edəcəyi bildirilir.

 

Qeyd edək ki, Enes ÜNal ötən mövsüm İspaniya çempionatında 16 qol vurub. Türkiyə millisinin üzvü cari mövsümdə isə meydana çıxdığı 12 matçda 4 dəfə fərqlənib.

Xəbər xətti