"Neftçi"nin müdafiəçisi Azər Əliyevin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bir neçə gün əvvəl yerli statusu alan Əliyev Premyer Liqanın 13-cü turunun “Sumqayıt”a qarşı oyununda meydanda ola bilər.
Ötən tur “Zirə” ilə görüşdə zədələnərək qarşılaşmanı vaxtından əvvəl tərk edən Əliyev MRT müayinəsindən keçib.
Onun zədəsi ciddi deyil.
Ehtimal olunur ki, Əliyev qarşıdakı turda komandasına kömək edəcək.
