"Mançester Yunayted"in dekabrda hansı komandalarla yoxlama görüşü keçirəcəyi dəqiqləşib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Betis" və "Kadis"lə yoxlama oyunları keçirəcək.
Görüşlər dünya çempionatına görə verilən fasilə zamanı, daha dəqiq desək, dekabrda baş tutacaq.
