İsveçdə "Frayburq"un "Qarabağ" önünə hansı "onbirlik"lə çıxacağı ehtimal edildi

11:07 - 3 Noyabr 2022

Bu gün Avropa Liqasının 6-cı turu çərçivəsində "Qarabağ" "Frayburq"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, bu oyuna İsveç mətbuatı da yer ayırıb.

Belə ki, "SvenskaFans" portalında" "Frayburq"un "Qarabağ" önünə hansı heyətlə çıxacağı ehtimal edilib.

İsveçlilərin yazdığına görə, Almaniya klubu “Qarabağ”la oyuna əsas heyətlə deyil, daha çox gənc futbolçularla çıxacaq:

"Noa Atubalu, Kiliann Sindilya, Kennet Şmidt, Keven Şlotterbek, Yuqo Sike, Kevin Şade, Yannik Kaytel, Robert Vaqner, Noa Vaoyshaupt, Daniel-Kofi Kyere, Lukas Heler.

"Qarabağ” – “Frayburq” matçı sabah Tofiq Bəhramov stadionunda 21:45-də başlanılacaq.


Mirbağırağa

Xəbər xətti