"Real"ın heyətində Çempionlar Liqasını qazanmaq istəyərdim"

12:57 - 3 Noyabr 2022

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya arzularından söhbət açıb. 

Sportal.az xəbər verir ki, "El Mundo Deportivo"ya danışan gürcü futbolçu ÇL-i qazanmaq istəyində olduğunu bildirib:

"Real"ın heyətində Çempionlar Liqasını qazanmaq istəyərdim. Həqiqətən də, bu komanda ilə həmin mükafata sahib çıxmaq əla olardı. Çünki uşaqlıqdan bu kluba azarkeşlik edirəm".

​Gürcüstan millisinin üzvü bu yay “Dinamo”dan (Batumi) “Napoli”yə keçib və onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.

Xəbər xətti