PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun "Yuventus"la matçında zədələnib.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, ispaniyalı zədələndiyinə görə, ilk yarının ortalarında əvəzlənmək məcburiyyətində qalıb.
Ruizin yaşıl meydanlardan nə qədər uzaq qalacağı və bərpa müddəti tibbi müayinədən sonra açıqlanacaq.
26 yaşlı 2022-ci ildə “Napoli”dən PSJ-yə keçmişdi.
