Avropa Liqası: Qrup mərhələsinə yekun vurulur

11:36 - 3 Noyabr 2022

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin altıncı turunun oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, G qrupunda mübarizə aparan "Qarabağ" "Frayburq"la qarşılaşacaq. Qrupun digər görüşündə "Nant" "Olimpiakos"un qonağı olacaq. 

"Fənərbaxça" Kiyev "Dinamo"su ilə üz-üzə gələcək. Türkiyə çempionu "Trabzonspor" isə evdə "Ferentsvaroş"u sınağa çəkəcək.

UEFA Avropa Liqası

3 noyabr

E qrupu

21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:45. "Şerif" (Moldova) - "Omoniya" (Kipr)


F qrupu

21:45. "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya)
21:45. "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya)


G qrupu

21:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa)


H qrupu

21:45. "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya)


A qrupu

00:00. "Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə)
00:00. "Budyo-Qlimt" (Norveç) - PSV (Niderland)


B qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)
00:00. "Renn" (Fransa) - AEK (Larnaka, Kipr)


C qrupu

00:00. "Roma" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan)
00:00. "Betis" (İspaniya) - HİK (Finlandiya)


D qrupu

00:00. "Union" (Belçika) - "Union" (Berlin, Almaniya)
00:00. "Braqa" (Portuqaliya) - "Malmö" (İsveç)

 

Xəbər xətti