Argentina milli komandasının azarkeş qrupu olan "Argentina Ultras" dünya çempionatı öncəsi sərt açıqlama yayıb.
Sportal.az xəbər verir ki, fanatlar mundialdan öncə rəqib futbolçuları Lionel Messiyə qarşı diqqətli oynamağa çağırıb. Onlar 35 yaşlı hücumçunu zədələyəcək oyunçuları təhdid edib:
"Dünya çempionatı öncəsi Messini zədələyən hər hansı bir oyunçunun həyatı təhlükədədir. Hər kəs ona diqqətli davransın. 37 ildir dünya çempionu ola bilmədik, Messi bunu bacara biləcək yeganə insandır. Bu, bir xəbərdarlıq deyil, təhdiddir".
Qeyd edək ki, dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Argentina yığması C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
