Baş məşqçi Jorje Jezusun şans vermədiyi Serdar Dursun Fənərbaxça"dan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in Avropa Liqası heyətinə daxil edilməyən 31 yaşlı forvard karyerasını İtaliyada davam etdirməyə yaxındır.
"Spetsia" təcrübəli hücumçunu transfer etmək istəyir. İtaliya mətbuatının yazdığına görə A Seriyası təmsilçisi qış transfer pəncərəsi zamanı Türkiyə yığmasının üzvü üçün klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Sərdar Dursun 2021-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi