Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” doğma meydanda “Orenburq”la qarşılaşıb. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmyerlilərimiz də bu görüşün iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 80-ci dəqiqədə oyuna buraxılıb.
“Ximki” 16 turdan sonra 12 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.