İspaniyanın "Real" klubunda oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, "kral klubu"nda başa çatan ayın ən yaxşısı adına Federiko Valverde layiq görülüb. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, uruqvalı yarımmüdafiəçi oktyabr ayı ərzində "Real" forması ilə meydana çıxdığı 8 matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
