Böyük Dəbilqə: Azərbaycan 2 qızıl medal qazandı

19:10 - 5 Noyabr 2022

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycan idmançıları iki qızıl medal qazanıb.

 

Sportal.az xəbər verir ki, -73 kq-da mübarizə aparan Hidayət Heydərov həlledici görüşdə kanadalı Artur Margelidonu ipponla məğlub edərək turnirin əsas mükafatına sahib çıxıb.

 

-81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi isə finalda belçikalı Mattias Kasse ilə görüşüb. Rəqibinə vazari ilə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Xəbər xətti