"Fənərbaxça"nın futbolçusu Premyer Liqada oynaya bilər

20:02 - 5 Noyabr 2022

"Fənərbaxça"nın futbolçusu Brayt Osayi-Samuel karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Lids Yunayted" maraqlıdır. Premyer Liqa təmsilçisinin skautları nigeriyalı vingeri izləmək üçün "Fənərbaxça"nın "Sivasspor"la matçı üçün Türkiyəyə gedəcəklər.

 

İstanbul təmsilçisi 2025-ci ilin yayına kimi müqaviləsi olan futbpolçunun satışından 6-8 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

 

Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-ci ilin yanvarında QPR-dən transfer edib. O, cari mövsümdə komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti