"Barselona"dan "Napoli"yə

10:20 - 6 Noyabr 2022

"Napoli" "Barselona"nın müdafiəçisi Yordi Albanı transfer etmək niyyətindədi.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, İtaliya klubu ispaniyalının transferi üçün pul xərcləmək niyyətində deyil.

Belə ki, "Barselona" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Albanın bu yay klubu ilə müqaviləsinə xitam verərək Neapola yollana biləcəyi ehtimal edilir.

33 yaşlı müdafiəçi bu mövsüm 11 oyuna çıxıb və 2 assist edib. Onun özünün də İtaliyaya yollanmaq istədiyi bildirilir.

Xəbər xətti