"Ona komandanın əfsanəsi olduğunu dedim"

12:18 - 6 Noyabr 2022

“Barselona”nın baş məşqçisi Xavi karyerasını başa vuran, komandanın kapitanı Jerar Pikenin son görüşünü şərh edib.

Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Primeronun 13-cü turunun “Almeriya” (2:0) ilə görüşündə demək olar ki, 90 dəqiqə meydanda olan 35 yaşlı futbolçu barədə bunları deyib:

“Hər kəs üçün tarixi axşam idi. Xüsusən də, Jerarın özü üçün. O, əla oyun keçirdi və biz onu ən yaxşı şəkildə yola salmaq istəyirdik. Mən ona komandanın əfsanəsi olduğunu dedim. Hər şeyə görə ona minnətdarıq". 

Pike 2008-2022-ci ilə qədər "Barsa"nın formasını geyinib.

Xəbər xətti